
“Xəzər” televiziyasının keçmiş əməkdaşı Ramal Hüseynov həmkarı Sevil Nuriyevaya “Sən niyə dəyişdin, Sevil Nuriyeva?” başlıqllı yazı ilə müraciət edib. Yazıda bir çox məsələyə görə qınaq obyektinə çevrilən Nuriyevanın cavabı gecikməyib.
Modern.az saytı xəbər verir ki, uzun müddətdir Türkiyədə yaşayan Sevil Nuriyeva “Facebook” hesabından status paylaşaraq, bir növ yazıya cavab verib:
“İlgi alanı olmaq gözəl şeydir. Amma işinin, əhlinin və məni həqiqətən tanıyanın ilgisində olmanı tərcih edərdim. Təəssüf ki, son zamanlar mənə, sadəcə at ölümünü bayram edən itlər hürür. Və hürdüyü məsələnin əlifbasından xəbərsizlər. Qüsuruma baxmayın, tərəfmüqabilim deyilsiniz”.
Ayşən Mönsümlü