Aprelin 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vəsaiti ilə Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramın çərçivəsində maliyyələşdirilən, “Lider Qadınlar” İctimai Birliyi, “Unuversitet Təhsilli Qadınlar Cəmiyyəti”, “Qadınlar Gələcək Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” adlı layihə çərçivəsində Sabirabadda Qadınlar üçün Forum keçirildi. Forumda rayonun fəal qadınları və bələdiyyə üzvləri iştirak etdilər (50 nəfər). Forumu rayon icra hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Şahnaz Babayeva açdı. Daha sonra “Unuversitet Təhsilli Qadınlar Cəmiyyətinin” sədri Tamam Cəfərova iştirakçılara Counterpart İnternational Təşkilatının “Qadın İştirakçılığı Proqramı” və layihə haqqında ətraflı məlumat verdi. “Lider Qadınlar” İB-nin nümayyəndəsi Sevda Məmmədova “Qadınların siyasi iştirakçılığı: əhəmiyyəti, zərurəti, problemlər”, “Unuversitet Təhsilli Qadınlar Cəmiyyətinin” sədri Tamam Cəfərova “Qadınların siyasi iştirakçılığının hüquqi əsasları” mövzusunda çıxış etdilər. Qaratəpə kənd bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova “Bələdiyyələrin fəaliyyətində qadınların rolu: reallıqlar və perspektivlər” mövzusunda çıxış etdi. Fatma xanım bildirdi ki, Sabirabad rayonunda 73 bələdiyyə üzvü qadın vardır və onlardan 3-ü bələdiyyə sədridir. Məruzəçi həmçinin bələdiyyələrdə qadınların fəaliyyətindən: uğurlarından və problemlərdən ətraflı danışdı. 74 yaşlı Fatma Hüseynova bildirdi ki, qarşıdan gələn bələdiyyə seçkilərində yenə öz namizədliyini irəli sürəcək və o qadınları bələdiyyə seçkilərində fəal olmağa çağırdı. Müzakirələr zamanı bələdiyyə üzvləri Səadət Rəsulova, Könül Məlikova və digər iştirakçılar çıxış etdilər. Forumun sonunda sorğu keçirildi.
Növbəti Qadınlar Forumu aprelin 9-da Salyanda, 10-da Yevlaxda və 11-də Tərtərdə keçirilib.



Modern.az