
Şimali İraq kürdlərinin lideri Məsud Bərzani Türkiyədə “Çözüm müddəti” uğurla başa çatana qədər PKK lideri Abdullah Öcalanın prosesə dəstək verməsini istəyib və müddətin uğurlu nəticələnəcəyi təqdirdə Öcalanın sərbəst buraxılacağını söyləyib.
Modern.az bildirir ki, Bərzani Londonda ərəbcə yayımlanan “Sky News” televiziyasının suallarını cavablandırarkən, quruluş işləri davam edən regional kürd hökuməti ilə də bağlı məlumat verib. Bölgədəki bütün siyasi partiya və seqmentlərin yeni qurulacaq hökumətdə iştirak etməsini istədiklərini ifadə edən Bərzani, beləcə yolsuzluğa qarşı birlikdə hərəkət edilə biləcəyini bildirib. O, bölgədə gedərək təsirli güc halına gələn “Goran Hərəkəti”na verilən bəzi nazirliklərin Cəlal Tələbani liderliyindəki Kürdüstan Vətənpərvərlər Birliyinə zərər verməyəcəyini də əlavə edib.
Bərzani bütün gücü və iqtidarı zəbt etdiyi ilə bağlı suala cavabında deyib: "Xalq məni seçki ilə başçı gətirdi. Ölkədə siyasi boşluq meydana gəlməməsi şərti ilə hər an iqtidarı buraxmağa hazıram". Məsud Bərzani Ərbil və Bağdad arasındakı problemlərə bağlı sualına isə belə cavab verib: “İraqın baş naziri Nuri Malikidən İraq konstitusiyasına görə hərəkət etməsini və konstitusiyada nəzərdə tutulan hökmləri yerinə yetirməsini istədim”.
Məsud Bərzani Türkiyə və Cənub-Şərqi Anadolu bölgəsindəki barış müddəti uğurlu nəticə verənə qədər Abdullah Öcalandan prosesə dəstək verməyə davam etməsini istədiyini də bəyan edib. Onun sözlərinə görə, bu prosesin uğurla nəticələnəcəyi təqdirdə Öcalan İmralı həbsxanasından sərbəst buraxılacaq: "Öcalanı azadlığa buraxmaq əlimdə olsa, bir an belə tərəddüd etməzdim".
Modern.az