
Prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayaraq Ramiz Aqil oğlu Mirişlini “Şərəf” ordeni ilə təltif edib. Təltif Ramiz Mirişlinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri ilə əlaqələndirilib.
Modern.az-ın məlumatına görə, bu günlərdə Ramiz Mirişlinin 80 yaşı tamam olur. Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi, xalq artisti Ramiz Mirişli 16 aprel 1934-cü ildə anadan olub.
Modern.az