Modern.az

BMT bazasına hücum- Ən azı 20 nəfər ölü

BMT bazasına hücum- Ən azı 20 nəfər ölü

Təhsil

18 Aprel 2014, 07:30

Cənubi Sudanda Birləşmiş Millətlər Təşkilatının (BMT) bazasına hecum təşkil edilib.

ANS PRESS-in xəbərinə görə, BMT-nin cənubi Sudanda yerləşən bazasına təşkil edilən hücum nəticəsində ən az 20 nəfərin öldüyü, 60 nəfərin yaralandığı açıqlanıb.


Cənubi Sudanın Bor şəhərindəki hücum bir qrup silahlı şəxs tərəfindən həyata keçirilib. 350 nəfərlik silahlı qrup bazanın əsas qapısını qıraraq içəri daxil olublar və qarşılarına çxan hər kəsi atəşə tutublar. 

"BMT sülh qüvvəsi isə silahlılara qaz püskürtməklə cavab veriblər. Onların sıravi vətəndaş geyimində olduqları üçün şəxsiyyətləri haqqında fikir yürütmək çətindir" - deyə BMT-nin Cənubi Sudandakı idarəçisi Tobi Lanzer bildirib.

Qeyd edək ki, BMT-yə aid həmin bazada 5 minə yaxın sığınacaq axtaran vətəndaş var.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı