Modern.az

Bir neçə rayona təbii qazın verilməsində fasilələr yaranacaq

Bir neçə rayona  təbii qazın verilməsində fasilələr yaranacaq

Təhsil

18 Aprel 2014, 10:50

Göyçay və İmişli rayonlarına, eləcə də Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, “Azadkənd-İmişli” magistral qaz kəmərinin 86, 90,5 və 96-cı kilometrlərində və “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinin 117, 117,2, 127,5 və 136,6-cı kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar bu ərazilərə qazın verilişində fasilələr olacaq.

Həmçinin “Göyçay-2” qazpaylayıcı stansiyasında kollektor üzərində yenidənqurma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Göyçay və İmişli rayonlarına, eləcə də Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı