Modern.az

“Yeni Media Jurnalistləri”ndən TƏKLİF: “23 avqust İnternet günü olsun”

“Yeni Media Jurnalistləri”ndən TƏKLİF: “23 avqust İnternet günü olsun”

Təhsil

18 Aprel 2014, 10:53

“Yeni Media Jurnalistləri” İctimai Birliyi 23 avqust tarixinin Azərbaycanda İnternet günü elan edilməsiylə bağlı təşəbbüs irəli sürüb. Bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Onun sözlərinə görə, 23 avqust 1993-cü ildə beynəlxalq internet məkanında Azərbaycanın milli domeni olan “.az” domeni  istifadəyə verilib. Məhz bu gün müstəqil Azərbaycanın beynəlxalq şəbəkəyə daxil olması baxımından əlamətdardır. İctimai Birlik sözlərinə görə, ölkədə internet texnologiyalarının vüsəti və yeni medianın təşəkkülü belə bir günün qeyd olunmasını şərtləndirir. Təqvimdə belə bir günün olması eyni zamanda prezidenti İlham Əliyevin aprelin 2-də imzaladığı  "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"sının da prioritetlərinə öz töhfələrini verəcək.

“Biz bu təkliflə Mətbuat Şurasına müraciət edəcəyik. Mətbuat Şurası tərəfindən 2014-cü il “İnternet media” ili elan olunub. Azərbaycanda belə bir günün qeyd olunması yaxşı olardı. İldə bir dəfə internet məkanında çalışanlar bir araya gəlib öz uğurlarını, problemlərini və əməkdaşlıq perspektivlərini müzakirə edə bilərlər”-deyə X.Səfəroğlu vurğulayıb. “Yeni Media Jurnalistləri” İctimai Birliyi bununla bağlı təkliflərini yaxın zamanda Mətbuat Şurasına təqdim edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı