Modern.az

Azərbaycan Ordusunda daha bir itki

Azərbaycan Ordusunda daha bir itki

Təhsil

18 Aprel 2014, 11:23
Azərbaycan Ordusunun daha bir əsgər asılmış vəziyyətdə tapılıb. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

APA-nın məlumatına görə, hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!