Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Millət vəkili Qənirə Paşayeva ön cəbhədə baş verənlərdən danışıb. O, bildirib ki, ermənilər snayperlə qadın-uşaq demədən evləri atəşə tuturlar.
Millət vəkili aşağıdakı təkliflərlə çıxış edib.
1) Ali məktəblərə daxil olan tələbələrin bütün ödənişli təhsildən azad olması
2) Kommunal xidmətlərdə güzəştlərin olması
3) İş yerləri quran insanlar tamamilə vergidən azad olunsun
4) Bərpa agentliyinin dağıdılmış evlərin bərpa olunması işini sürətləndirsin
5) Hədəf altında olan evlərə divarları tikmək
6) Sosial yardımların təyin edilməsində ön cəbhə kəndlərinə güzəştlər edilsin.
Gültəkin ƏLƏSGƏR