Modern.az

Sabah 30 dərəcəyədək isti proqnozlaşdırılır

Sabah 30 dərəcəyədək isti proqnozlaşdırılır

Təhsil

18 Aprel 2014, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq, mülayim cənub, şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 19-da havanın temperaturu gecə 9-12, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı