Modern.az

Milli Məclis şübhəli şəxslərin saxlanılma müddətini 96 saatadək uzatdı

Milli Məclis şübhəli şəxslərin saxlanılma müddətini 96 saatadək uzatdı

Təhsil

18 Aprel 2014, 14:02

Milli Məclis Cinayət Prosessual Məcəlləyə dəyişiklik edib. Modern.az saytı xəbər verir ki, dəyişikliklər haqda deputatlara Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi:
“48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın”.

BAXCP sədri Qüdrət Həsənquliyev təklifi dəstəkləyib. “Ancaq CPM 148.7 maddəsi ilə razı deyiləm. Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, sözügedən maddə çıxarılmalıdır. Toplantını keçirən şəxslər İnzibati Xətalar Məcəlləsi əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını ümumiyyətlə mən başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılsın. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməlidir”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı