Modern.az

Prezident MTN işçisini icra başçısı təyin edib - Tərcümeyi-hal

Prezident MTN işçisini icra başçısı təyin edib - Tərcümeyi-hal

Təhsil

18 Aprel 2014, 18:34


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 16-da Ağdam rayonu İcra Hakimiyyətinə yeni başçı təyin edib. Sərəncamla bu post Raqub Allahverdi oğlu Məmmədova tapşırılıb.

Modern.az saytı yeni icra başçısının tərcümeyi-halını təqdim edir.
Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində təhsil almış R.Məmmədov 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1983-cü ildə institutu bitirib.
1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyəti göastərib.
1986-1987-ci illərdə Azərbaycan rayon komsomolçularının (LKGİ Ağdam Rayon Komitəsi) ikinci katib, 1987-1991-ci illərdə birinci katib vəzifəsində çalışıb.
R.Məmmədov 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləyib. 1993-2014-çü illərdə Azərbaycan Respublikası MT orqanında xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bitərəfdir.
Ailəlidir, 3 övladı , 2 nəvəsi var.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı