Modern.az

Morninqstar: “Azərbaycan tam müstəqil siyasət yürüdür”

Morninqstar: “Azərbaycan tam müstəqil siyasət yürüdür”

Education

23 Aprel 2014, 11:25


Bu gün Bakıda keçirilən I beynəlxalq Xəzər Enerji Forumunda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edib. Modern.az-ın məlumatına görə amerikalı diplomat Azərbaycanın yürütdüyü siyasətdən, ABŞ-la ikitərəfli münasibətlərin inkişafından söz açıb. R. Morninqstar bildirib ki, rəsmi Vaşinqton Azərbaycanın Əfqanıstan məsələsindəki mövqeyini yüksək qiymətləndirir. “Mən düşünürəm ki, Əfqanıstandan NATO qoşunları çıxandan sonra da Azərbaycanın ABŞ-ıa münasibətləri normal olacaq”.

ABŞ rəsmisi Azərbaycanın SSRİ-nin tərkibindən çıxdıqdan sonra tam olaraq müstəqil siyasət yürütdüyünü vurğulayıb. Onun sözlərinə görə Azərbaycan bu illər ərzində heç bir ölkədə asılı olmayıb və özünün müstəqil xarici siyasətini yürüdüb. Səfir hesab edir ki, Azərbaycanın müstəqilliyinin əsas qarantlarından biri də Bakı-Tbilisi-Ceyhan neft layihəsi və digər enerji proyektləridir. O, Azərbaycanın alternativ enerji axtarışlarına çıxmasının və bu işdə ABŞ-ın yardımlarının vacibliyinə də toxunub.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı