Modern.az

“Ermənilərin əlində “erməni soyqırımı” ilə bağlı heç bir tutarlı fakt yoxdur”

“Ermənilərin əlində “erməni soyqırımı” ilə bağlı heç bir tutarlı fakt yoxdur”

Təhsil

23 Aprel 2014, 11:43

“Erməni soyqırımı” ermənilərin uydurduqları bir olaydır. Ermənilərin əlində ən mötəbər mənbələrə dayanan heç bir tutarlı fakt yoxdur”. Bunu Modern.az-a Milli Məclisin deputatı, tarixçi-professor  Musa Qasımlı deyib.  

Ermənilərin hər il aprelin 24-də 1915-ci ildə guya soyqırıma məruz qaldıqlarını dünyaya car çəkmələrinə gəldikdə, Musa Qasımlının fikrincə, onlar bu məsələdən xatirələr, günlüklər əsasında siyasi məqsədlər üçün istifadə edirlər:

“Əgər onların əlində ən mötəbər arxiv sənədləri olsaydı, çoxdan açıqlayardılar. Türkiyə bu arxivi açıb. AMma indiyə qədər Ermənistan tərəfi həmin addımı atmayıb. Əgər gerçəkdən Ermənistan tərəfi tarixi həqiqətləri bilmək istəyirsə, Türkiyə kimi arxivlərini açmalıdır. Bu məsələ qətiyyən siyasi məqsədlər üçün istifadə edilməməlidir. Təəssüf ki, indiyə qədər yalnız siyasi məqsədlər üçün istifadə edilir. Bu iddianın gerçək olub-olmadığını araşdırıb üzə çıxarmaq tarixçilərin işidir və bir tarixçi olaraq işlədiyim arxivlər əsasında söyləyə bilərəm ki, tarixdə “erməni soyqırımı” kimi irəli sürülən iddia tamamilə uydurmadır. Onun heç bir əsası yoxdur”.

Ayşən Mönsümlü

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı