Modern .az xəbər verir ki, Müəllif Hüquqları Agentliyi "Ümumdünya kitab və müəlliflik hüququ günü " münasibətilə "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda konfrans keçirir.
Agentliyin rəhbəri Kamran İmanov çıxışı zamanı qeyd edib ki, Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz erməni vandalizminin səngiməyən addımları ilə bağlıdır.
O eyni zamanda bildirib ki, Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "gəldim, gördüm, mənimsədim" prinsipi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. " "Böyük Ermənistan" haqqında mifin müəllifləri, onların niyyətləri kifayət qədər aydındır. Ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarını "əsaslandırmaq" üçün həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar". Sədr əlavə edib ki, ermənilər Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış ermənilər son vaxtlar yenidən Naxçıvan ərazisinə də iddialarını irəli sürür. "Erməni mətbuatının yaydığına görə, Ermənistanda yeni Naxçıvan adlı siyasi təşəbbüs peyda olub. Bu, gülməlidir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ancaq belə "təşəbbüskarlar" Ermənistan prezidenti Serj Sərkisyandan ilham alırlar. Bu ərazi iddialarının mədəni oğurluqlarla əlaqəsini nəzərə alsaq, həmişəki kimi yenə də, ermənilərin özlərinə, onların etiraflarına müraciət etmək lazımdır".
Rafiq Qənbərov