“Əgər nöqsan olarsa aradan qaldırmağa çalışacağıq”. Modern.az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov nazirlikdə korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, yayılan məlumatlar əsasızdır. “Hesablama Palatası son illər ərzində hər il nazirliyi və digər qurumlarda yoxlamalar aparır. Bütün yoxlamalarla bağlı təhlilləri Milli Məclisə təqdim edir. Sonuncu dəfə nazirlikdə aparılan yoxlamanın nəticələri ilə tanış olmuşuq. Normal yoxlama keçib. Böyük nöqsanlar olmadan kiçikləri aradan qaldırılıb”,-deyə nazir bildirib. Azad Rəhimov mətbuatda gedən məlumatlara da aydınlıq gətirib. O, bəzi saytlarda Daşkəsən rayonunda təyinat dəyişikliyinin olması ilə bağlı məlumatların yazıldığını deyib. “Xoşbulaq adlanan ərazidə olimpiya idman kompleksi təməl qoyulub. Lakin həmin ərazi şəhər mərkəzindən uzaqda yerləşir, ona görə də prezidentin təklifi ilə orada Gənclər Mərkəzi tikildi və istifadəyə verilib. Digər komplekslər də fəaliyyətdədir. Bəzən tikinti şirkətləri səhvə yol versə də, bu aradan qaldırılır. Əgər nöqsan olarsa aradan qaldıraq”.
Ayşən Mönsümlü