
Gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, nazir bu gün keçirdiyi mətbuat konfransında Zülfiyyə Hüseynovanın təqaüd istəməsini əsassız olduğunu bildirib:
“Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Təqaüd idmanda böyük nailiyyəti olanlara, 60-70 yaşını keçənlərə dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər, meyarlar var ”.
Ayşən Mönsümlü