Modern.az

Nidaçıların valideynləri aclıq aksiyasını dayandırdılar

Nidaçıların valideynləri aclıq aksiyasını dayandırdılar

Təhsil

23 Aprel 2014, 15:39

Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin valideynləri aclıq aksiyasını dayandırıblar. Modern.az xəbər verir ki,  Müsavat Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxış edən Zaur Qurbanlının anası Səkinə Qurbanova aksiyanı dayandırmalarının səbəblərini açıqlayıb: "Həbsdə olan gənclər bizə müraciət etdilər ki, aclığı dayandırmasaq, su içməyi də dayandıracaqlar və su da içməyəcəklər. Biz bunu nəzərə alıb aksiyanı dayandırırıq. En azından hökm verilənə qədər gözləyək. Hökmdən sonra aksiyanı davam etdirı bilərik".

Valideynlər həbsdə olan gənclərin dərhal azadlığa çıxmasını tələb ediblər.

Qeyd edək ki, həbsdə olan nidaçı gənclər 6 gündür, aclıq aksiyası keçirirlər. Onların valideynləri  isə 4 gündür ki, aclıq aksiyası keçirirdilər.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı