Modern.az

Qadın sahibkarlığının inkişafına dəstək verilir

Qadın sahibkarlığının inkişafına dəstək verilir

Təhsil

23 Aprel 2014, 18:17

“Qadınlar Arasında  Həmrəylik” İctimai Birliyi  və “Konstitusiya” Araşdırmalar Fondu  bu ilin yanvar ayından etibarən  ABŞ Beynəlxalq  İnkişaf Agentliyinin (USAİD) Qadın İştirakçılığı Proqramı çərçivəsində Kounterpart İnterneşnl təşkilatının maliyyə dəstəyi ilə “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması”  layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların məşğulluq səviyyəsinin gucləndirilməsi və bu məqsədlə müvafiq imkan və şəraitin formalaşdırılmasına yardım göstərməkdir. Layihə çərçivəsində regionlarda ictimai müzakirələr, dialoqlar, təlimlər, məktəblərdə müəllim, şagird və valideynlərlə görüşlər keçiriləcək. Eyni zamanda qadın sahibkarlı üçün şərait və imkanların genişləndirilməsinə yardım göstərmək üçün siyasət sənədi hazırlanacaq.

Layihə ümumilikdə 17 ay ərzində həyata keçiriləcək və 4 rayonu əhatə edəcək

Layihə çərçivəsində ilk silsilə tədbirlər İsmayıllı rayonunda keçirilib.  
17 aprel tarixində İsmayıllı şəhər 1 saylı orta məktəbdə 8-11 sinif şagirdləri və məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, İsmayıllı rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəsmiləri, layihə ekspertləri  iştirak ediblər. Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi  barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb.

Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini,  vacibliyini anladıbalr.  Təhsil almaq hüquqları,  bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət  barədə bilgilər verilib.

 
Həmin gün həmçinin  rayonda təhsil alan gənc qızlar, qadın təşkilatları, icmalarda fəaliyyət göstərən qadınlar, özəl sektor,  dövlət orqanları yerli özünüidarəetmə orqanlarının  nümayəndələrinin  iştitakı ilə “Qadın sahibkarlığı və qadın məşğulluğu” mövzusunda ictimai dinləmə keçirilib. İctimai dinləmədə İsmayıllı rayonunda qadın sahibkarlığının inkişaf perspektivləri, qadın məşğulluğu ilə bağlı problemlər və onların həlli yolları müzakirə edilib. 18-19 aprel tarixində isə Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirilib.

“Konstitusiya” Araşdırmalar Fodnunun prezidenti Əliməmməd Nuriyev və  İsmayıllı rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhəmədova iştirakçıları salamlayıb. Təlimin birinci günü Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaıiyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib. Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə   bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər. Təlimin sonunda iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.      







Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı