Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gedib.
AzərTAc-ın məlumatına gröə, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.



Modern.az