Modern.az

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı barəsində 3 ay həbs seçilib

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı barəsində 3 ay həbs seçilib

Təhsil

23 Aprel 2014, 21:55


Baki Hərbi Mərhkəməsi Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə 3 ay həbs qətimkan tədbiri seçib. Bu barədə "Amerikanın Səsi"nə Bakı Hərbi Məhkəməsindən bildiriblər. 

Məlumatı Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti də təsdiq edib.  

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanov bu ilin martında vəzifəsindən azad edilib.

Hərbi Dəniz Qüvvələrində Respublika Hərbi Prokurorluğu  və Maliyyə Nazirliyinin iştirakı ilə yoxlamalar aparılıb.

Yoxlamalardan sonra Hərbi Dəniz Qüvvələrinin bir neçə yüksək vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı