Modern.az

İlham Əliyev Yuşşenko ilə Saakaşvilini qəbul edib

 İlham Əliyev Yuşşenko ilə Saakaşvilini qəbul edib

Təhsil

28 Aprel 2014, 14:42


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın və Gürcüstanın keçmiş dövlət başçıları Viktor Yuşşenko və Mixail Saakaşvilini qəbul edib. Modern.az-ın məlumatına görə, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Qeyd edək ki, bu gün Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb. Hər iki eks-prezident Forumun iştirakçılarıdır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı