Modern.az

Metroda daha bir problem: sərnişinlər 10-15 dəqiqə qatar gözləyiblər

Metroda daha bir problem:  sərnişinlər 10-15 dəqiqə qatar gözləyiblər

Təhsil

7 May 2014, 09:55


Bu gün səhər saatlarında metro xidmətindən istifadə edən paytaxt sakinləri növbəti problemlə üzləşiblər. Modern.az xəbər verir ki, metronun “Həzi Aslanov”-“Dərnəgül” və əks istiqamətdə hərəkətində uzun ləngimələr müşahidə olunub. Bəzi stansiyalarda hər iki istiqamətə gedən qatarlar 10-15 dəqiqə ləngiyiblər. bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub. “İnşaatçılar” stansiyasında hətta sərnişinlərin bəziləri metropoliten əməkdaşları ilə qatarların ləngiməsinin səbəbi izah olunmadığı üçün mübahisə ediblər. Sərnişinlərin fikrincə, Bakı Metropoliten İdarəsinə yeni sədr təyin olunandan sonra bu cür problemlərlə tez-tez rastlaşırlar. Onlar iddia edirlər ki, hətta günün pik vaxtlarında qatarların hərəkəti əvvəlcədən müəyyənləşdirilən cədvəl üzrə tənzimlənmir.

Son anda əldə etdiyimiz məlumata görə, yaranan ciddi problem səbəbindən “Nəriman Nərimanov” stansiyasında hərəkət dayanıb, sərnişinlər qatardan düşməli olublar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı