Modern.az

Ukrayna ordusu ruspərəstlərə qarşı əməliyyatlara başladı

Ukrayna ordusu ruspərəstlərə qarşı əməliyyatlara başladı

Təhsil

7 May 2014, 11:22


Ukrayna hərbçiləri Slavyanskda ruspərəst separatçılara qarşı hücuma keçiblər. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Ukrayna ordusu bölgədə əməliyyatlara başlayıb. Məlumata görə, şəhər ətrafı ərazidə iki güclü partlayış səsləri eşidilib.

  Rusiya meylli qüvvələr iddia edirlər ki, hücumda "Sağ sektor" dəstələri iştirak ediblər. Həmçinin qeyd edilir ki, Slavyanskda nəqliyyatın hərəkəti dayanıb, insanlar küçəyə çıxmırlar, bəziləri hətta işdə gecələyirlər.  

 

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölən və yaralananlar var.  

 

Ayşən Mönsümlü

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır