Modern.az

Politoloq: “Tiflis sammitində Rusiyanı narahat edən heç nə baş verməyib”

Politoloq: “Tiflis sammitində Rusiyanı narahat edən heç nə baş verməyib”

Təhsil

7 May 2014, 12:34


“Tiflis sammitinə görə Rusiyanın narahat olması ilə bağlı səslənən iddialar anlaşılan deyil. Rusiyanın bundan narahat olduğunu göstərən hansısa əlamətlər yoxdur”. Bunu Modern.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu mayın 6-da Tiflisdə Azərbaycan, Türkiyə, Gürcüstan dövlət başçılarının birgə keçirdiyi sammiti şərh edərkən deyib. O bildirib ki, söhbət Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsindən gedirsə, bu normaldır: “Çünki Azərbaycan və Gürcüstanın konkret olaraq ərazi problemləri var. Türkiyənin isə daxilində daimi bir fəsada çevrilən separatçılıq meylləri mövcuddur. Bundan başqa, Türkiyə Azərbaycan və Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyirsə, rəsmi Ankara da ərazi məsələlərində o mövqedə durmalıdır”.

Ekspert hesab edir ki, bunlar Rusiyanı qıcıqlandıra bilməz. Ərəstun Oruclu vurğulayıb ki, Türkiyə, sadəcə olaraq Ukraynanın ərazi bütövlüyü ilə bağlı bəyanat verməkdən başqa heç bir addım atmayıb. Politoloqun sözlərinə görə, sammitdə  iqtisadi məsələlər və əməkdaşlığın gücləndirilməsi prioritet olub: “Son zamanlar Türkiyənin Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması müşahidə olunur. Gürcüstan hakimiyyəti Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşır. Amma buna baxmayaraq, Gürcüstan Rusiyaya kifayət qədər loyal mövqedədir. Azərbaycan hakimiyyəti də son aylar eyni mövqedən çıxış edir. Ona görə də Tiflis sammitində Rusiyanın narahat edən heç nə baş verməyib”.  

Qeyd edək ki, ötən gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə birgə əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.  

Aqşin Kərimov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı