Modern.az

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin hesabatını verdi

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin hesabatını verdi

Təhsil

7 May 2014, 13:49

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistikası açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3961 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox), Kommutator Xidmətinə isə 5600-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1678 vətəndaşdan ərizə (661 ədəd), məktub (794 ədəd) və digər sənədlər (223 ədəd) qəbul olunub və qeydiyyata alınıb. 1035 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.

 

Misranə Həsənzadə

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı