Modern.az

Jurnalist Səadət Məmmədova: “Ağlıma batan iş təklifi olsa, təbii ki, çalışaram”

Jurnalist Səadət Məmmədova: “Ağlıma batan iş təklifi olsa, təbii ki, çalışaram”

Təhsil

7 May 2014, 13:54


““Yurd” TV bağlanandan sonra işsizəm və evdəyəm, dincəlirəm. Ağlıma batan iş təklifi olsa, təbii ki, çalışaram. Hələ ki, elə bir təklif almamışam”.

Bunu Modern.az-a açıqlamasında keçən ay fəaliyyətini dayandırmış “Yurd” TV-nin Xəbərlər Departamentinin rəhbəri Səadət Məmmədova deyib. O bildirib ki, televiziya sahəsinə sentyabr ayından tez qayıtmağı düşünmür:

“İstəyərdim özümün də yeni bir layihəm olsun. Amma bu, təkcə mənim istəməyimdən asılı deyil. Gərək hansısa televiziya kanalları ilə qarşılıqlı anlaşma olsun. Qarşıdan yay dönəmi gəlir. Yay dönəmi də televiziyalarda sakitlik, ciddi verilişlərin istirahətə getdiyi bir dönəmdir. Söhbət televiziya layihəsi hazırlamaqdan gedirsə, bunu sentyabrdan tez etməyəcəm. Amma əgər hansısa digər uğurlu bir şans, xüsusilə piar işi qarşıma çıxarsa, onu elə günü sabah da dəyərləndirə bilərəm”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı