Modern.az

Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru oldu - Rəsmi QƏRAR

Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru oldu - Rəsmi QƏRAR

Təhsil

7 May 2014, 17:12

Bu gün Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin iclası keçirilib. Modern.az saytının verdiyi xəbərə görə, Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib. 

İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru İsa Alıyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Nazim İmanov müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən iqtisad elmləri doktoru N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rol oynayıb.
Nazim İmanov sonralar uzun müddət yanaşı addımladığı siyasi lider Etibar Məmmədovun partiyasından istefa verib. O, AMİP-də sədr müavini postunu tuturdu.

Nazim İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.
O, daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb. 
Nazim İmanovun 2 oğlu var.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı