Prezident İlham Əliyev Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən, İlham Əliyev ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini deyib və ordeni qonağa təqdim edib.
Nazir xanım Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə edib.
Dövlət başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş edib.
Modern.az