Modern.az

Hicran Hüseynova: ”Qadınlarımızın 49 faizi əmək fəaliyyəti ilə məşğuldur”

Hicran Hüseynova: ”Qadınlarımızın 49 faizi əmək fəaliyyəti ilə məşğuldur”

Təhsil

7 May 2014, 20:15


Hazırda Azərbaycan əhalisinin 50,3 fazini qadınlar təşkil edir. Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisinin artaraq 28 faiz olduğunu deyən komitə sədri bildirib ki, hazırda milli məclisdə qadın deputatların sayı 16 faizə çatıb: “Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı beş dəfə artıb və onların xüsusi çəkisi 26,7 faiz olub. Bələdiyyə sədrlərinin 17,7 faizi, əksər İcra Hakimiyyəti başçısının müavinləri qadındır. Daxili İşlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində 287, sıravi və kiçik rəis vəzifələrində 835 qadın xidmət edir. Ədliyyə orqanlarında işləyənlərin 1055 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 80 nəfərdir”.

 Hicran Hüseynova deyib ki, ölkədə qadın sahibkarlarının ictimai birliklərinin yaradılması və fəaliyyətini təmin olunması istiqamətində də müvafiq işlər görülüb: “Hazırda qadınlarımızın 49 faizi əmək fəaliyyəti ilə məşğuldurlar. Hazırda Statistik vahidlərin Dövlət registrində qeydə alınan qadın sahibkarların sayı 79 469 nəfərdir. Əgər 90-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, hazırda 200 qadın təşkilatı fəaliyyət göstərir ”.

 

 

Günəş Fərhadlı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı