
“Əgər ukraynalıları narahat etməsələr, onlar özləri öz böhranlarını dinc yolla həll edəcəklər. Əgər onların işinə müdaxilə etməyə başlasalar, bu gün Suriyada olduğu kimi qan tökülə bilər”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın televiziya kanalına müsahibəsində SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov deyib:
“Hər şeydən öncə Ukraynaya iki müxtəlif hissədən baxmaq lazımdır, hansı ki, şərq hissəsi 300 ildir Rusiya üz-üzədir. Ölkənin qərb hissəsi isə uzun müddət Avstriya-Macarıstan və Polşa imperiyası çərçivəsində yaşayıb. Bu insanlar yalnız 1954-ci ildə birləşiblər. onların fərqli mədəniyyəti və fərqli həyat anlayışları var”.
Onun sözlərinə görə, Bolqarıstanın kifayət qədər qayğıları var, ona görə bu yad və uzaq problemə qarışmamalıdır: “Əlbəttə, Bolqarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür, mən bu iki təşkilata qoşulmaq haqda qərara hörmət edir və dəstəkləyirəm. Ancaq Bolqarıstan öz şəxsi maraqlarını bilməlidir”.
Modern.az