Bu dəqiqələrdə Fransa prezidenti Fransua Ollandın Fransanın Azərbaycandakı səfirliyində Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti ilə görüşü başlayıb.
Modern.az azadliq.info-ya istinadən xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə olunacağı gözlənilir. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digər şəxslər iştirak edir.
Qeyd edək ki, Fransa prezidenti ötən gün Azərbaycana rəsmi səfər edib.