Modern.az

Amerikalı muzdlu əsgərlər Ukraynada

Amerikalı muzdlu əsgərlər Ukraynada

Təhsil

12 May 2014, 18:14



Amerikanın təhlükəsizlik şirkəti “Academi”yə tabe olan pulla xidmət edən əsgərlərin Ukraynada Rusiya meylli qüvvələr qarşı döyüşdüyü iddia edilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, həftəlik “Bild am Sonntag” qəzeti mövzu ilə bağlı xəbəri Almaniya xarici kəşfiyyat təşkilatı BND-dən əldə etdiyini açıqlayıb. Xəbərdə Ukraynada təxminən 400 amerikalı muzdlu əsgərin Rusiya yönümlü güclərə qarşı əməliyyatlar keçirdiyi iddia edilir.

Muzdlu əsgərlərin Əfqanıstan və İraqda xidmət keçən Blackwater adlı təhlükəsizlik şirkətinin davamı olan “Academi”yə bağlı olduğu irəli sürülür. Yaxşı təhsilli və ağır silahla təchiz olunan  əsgərlərin Luqansk şəhərində partizan əməliyyatlarını idarə etdiyi və koordinasiya etdiyi də bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi