“Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair Qətnamə layihəsi ilə bağlı Bosniya Hersoqovinadan olan deputat Milisa Markoviç məruzə edəcək
Bu gün Kiprdə (Nikosiya) AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilib.
İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” Qətnamə layihəsi əsasında məruzəçi təyin edilib.
Millət vəkili Elxan Süleymanovdan aldığımız məlumata görə, məsələ ilə bağlı məruzə Bosniya Hersoqovinadan olan deputat Milisa Markoviçə həvalə olunub.
Modern.az