Modern.az

Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə başladı

Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə başladı

Təhsil

14 May 2014, 01:03

Mayın 14-dən Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlayıb. AŞ Nazirlər Komitəsində sədrlik Azərbaycana Avstriyadan keçib. Ölkəmiz qurumda 6 ay müddətinə sədrlik edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.

Nazir bildirib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Ölkə Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə, mədəniyyətlərarası dialoq, idman yarışlarına, təhsilə, köçkünlərin insan haqlarının müdafiəsinə və s. güclü diqqət ayıracaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı