Modern.az

2 milyard 650 milyon 404,6 min manat- NAZİRLİKDƏN AÇIQLAMA

2 milyard 650 milyon 404,6 min manat- NAZİRLİKDƏN AÇIQLAMA

Təhsil

14 May 2014, 09:08

Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vergi daxilolmalarının həcmi 2 milyard 650 milyon 404,6 min manat təşkil edib.

 

Bu məbləğin 39,8 faizi mənfəət vergisi, 24,7 faizi əlavə dəyər vergisi, 11,6 faizi fiziki şəxslərin gəlir vergisi, 9,4 faizi aksizlər, 14,5 faizi isə digər vergilərin payına düşür.

Nazirliyin analitik-informasiya şöbəsindən AzərTAc-a bildirilib ki, qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub.
Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 təşkil edib.
Cari ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil edib.                                                             
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı