Modern.az

Türkiyənin qara günü - FOTOLAR

Türkiyənin qara günü - FOTOLAR

Təhsil

14 May 2014, 10:26

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən partlayış  nəticəsində ölənlərin sayı 201-ə çatıb. 80 adamın xəsarət aldığı bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur. 
 
Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.
 
Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.  Partlayış 2000 metr dərinlikdə yerləşən şaxtada baş verib.
 
Şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar. Yerin altında 300 nəfərdək şaxtaçının olduğu bildirilir.
 
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 1941-ci ildən bəri Türkiyə mədənlərində 4 minədək adam ölüb.































Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı