Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına rəsmi səfərə yola düşüb. XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə səfər zamanı E. Məmmədyarovun Finlandiya Respublikasının Prezidenti Sauli Niinisto, həmkarı Erkki Tuomioya və bir sıra digər ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Modern.az