
Azərbaycan prezidenti İlham Əliyev mayın 14-də Şamaxı rayonuna səfər edib. Prezident rayonun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışında iştirak edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.
Dövlət başçısı otelin kollektivi ilə görüşüb, xatirə şəkli çəkdirib.
Səfər davam edir...
Modern.az