
Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən partlayış zamanı ölənlərdən biri də 15 yaşlı Kamal Yıldız adlı yeniyetmə olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciədə dünyasını dəyişən işçilərin bir hissəsinin cənazəsi Kırkağac adlanan yerdəki soyuq hava deposuna gətirilib. Burada cənazələri gözləyənlərdən biri də 15 yaşlı Kamalın qohumu olub və o, onun orada işçi kimi çalışdığını bildirib.
Qeyd edək ki, kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı son məlumata görə 201-ə çatıb. 80 adamın xəsarət aldığı bildirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
Ayşən Mönsümlü