Mayın 13-də Sabirabad rayon sakini Fatimə Quliyeva dərmandan zəhərlənərək dünyasını dəyişib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki,
mayın 12-də Bakı şəhər sakini Aytən Məhsimova Hacıqabul rayonunun Qarasu kəndindən sirkə turşusundan, Xəzər rayonu Sağan qəsəbə sakini Kamilə İsayeva dərmandan, mayın 13-də Zirə qəsəbə sakini Aytac Abbasəliyeva kimyəvi məhluldan zəhərlənmələrlə, Masallı rayon sakini, azyaşlı Təzəgül İsayeva termiki yanıq xəsarəti ilə xəstəxanalara gətiriliblər.