Modern.az

Türkiyədə ölənlər 205-ə çatdı, matəm elan olundu

Türkiyədə ölənlər 205-ə çatdı, matəm elan olundu

Təhsil

14 May 2014, 12:43



Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən partlayış  zamanı ölənlərin sayı getdikcə artır. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, energetika naziri Taner Yıldız facilə ilə bağlı son məlumatları açıqlayıb:

“205 işçimizi itirmişik. Bu sayın artacağından narahatıq. Ağır yaralıların xilas edildiyini görürük”.

  Digər məlumata görə, artıq Türkiyədə 3 günlük matəm elan olunub.

Taner Yıldız deyib ki, Türkiyədə bu ana qədər yaşanan ən yüksək işçi itkisi olan bir faciə ilə üzləşiblər.    

Modern.az
 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!