Modern.az

Dar ağacına aparan yoldakı bələdçi şairlər - FOTO

Dar ağacına aparan yoldakı bələdçi şairlər - FOTO

Təhsil

14 May 2014, 13:09



Xəlil Rza, Sabir Rüstəmxanlı, İldırım Qasımlı. Sumqayıt Tibb Məktəbində tələbələrlə görüş. İl – 1978.

Dar macalda vaxt tapıb interneti eşərkən təsadüfən bu şəklə rast gəldim. İxtiyarsız olaraq başqa bir tarixi, amma eyni simaları xatırladım: Xəlil Rza, Sabir Rüstəmxanlı. İl – 1988.

...Bizə, o zamanlar “universitet” adı daşıyan yeganə ali məktəbin tələbələrinə dedilər ki, Aktyorlar Evində şair Sabir Rüstəmxanlının yarıdıcılıq gecəsi keçiriləcək. Qarabağ mübahisəsi artıq düyünlənməyə başlamışdı. 88-in (fevral) Mərkəzi Komitə qarşısında ilk mitinqi də baş tutmuşdu. Odur ki, yaradıcılıq gecəsinin növbəti antisovet, antirus-erməni bir yığnaq olacağını kiməsə ayrıca izah etməyə ehtiyac qalmırdı.

Hava qaralmamış Aktyorlar Evinə üz tutduq. İynə atmağa yer yox idi. Lirik notlarla başlayan gecə az sonra köpüklü siyasi toplantıya çevrildi. Saçı daraq görməyən şairlər məclisi elə coşdurdu ki, anidən hamımız inqilabçı olduq.

...1985-də universitetdə, jurnalistikanın birinci kursunda “Pravda” qəzetini az qala yalvara-yalvara tələbə yoldaşlarıma oxutmağa çalışırdım. Boris Yeltsin Mərkəzi Komitənin plenumunda sovet quruluşunda ilk çatı yaratmışdı. Adamları mahiyyətə başa salmağa çalışır və deyirdim ki, oxuyun, bu quruluş gec-tez dağılacaq...

1990-da “Elmi kommunizm” fənindən imtahan verməkdən imtina etmək təklifim də havada qaldı. Universitetin müəllimi Məcid Əfəndiyev mənə “qeyri-kafi” yazdı.

Sözü çox da uzatmayım, mən, sən, o, yəni bizim nəsil nə istədiyini bilirdi, amalını dürüst, birdəfəlik seçimlə etmişdi və...  

Modern.az-da təqdim etdiyim bu fotoyla özümün möhtəşəm inqilabçı simamı yaratmaq niyyətim yoxdur. Hər yaşın öz səciyyəsi var və bu gün mənim praqmatik mühafizəkar olmağım da özü-özlüyündə məntiqlidir. Nə yaradıcılıq gecələrinə gedir, nə saçı pırtlaşıq şairlərin pafosuna sehrlənirəm. Seçimimi dəyişmək fikrim də yoxdur: sərbəst, sabit və guşənişin həyat, mütərəqqi dəyərlərin, heç vaxt pas atmayacaq meyarlara, zora yox, zəkaya dəstək, haqsızlığa etiraz.

Mən beləyəm: köynəyinə Çe Gevaranın şəklini həkk etdirən “solçu inqlabçı”nı dəli saymağımı da kimə desən əsaslandıra bilərəm. Feminist, qlobalist, postmodernist və s. axarların qarşısına divar hörürəm. Saxta, mayasız ideallar mənimçün boyundan asılan dəbli tilsimlər kimidir. Heç fərq etmir, solçu, ya sağçı, yadelli düşmən, yaxud içi çürük “özününkü”. Şəxsi həyatıma və ümumi inkişafa, tərəqqiyə əngəl olacaq kim varsa, – dar ağacına!

Buna nə deyirsiniz-deyin, qəddarlıq, ya dözümsüzlük...

Dar ağacına aparan yolda bizə bələdçilik edən şairlər, bunu bizim nəslə siz öyrətmədinizmi!?

Elə mən özüm də bu gün yırtıcı…

Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncı…
Vur, ölən daşnakdır, adam deyil, vur!
Yırtıcı düşmənim düşməni qovur.

Adam bənzəyir yalnız zahiri,
Kirli caynaqları neştərdən iti.
Dişinin dibində ölüm zəhəri,
Gəlir Yer üzünün ən murdar iti.
Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır, adam deyil, vur !
Yurdum özü boyda intiqam doğur.

Nə ilan, nə əqrəb təhlükəlidir,
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
Maskalı surəti ərzə bəllidir.
Paklar məbədinə girir natəmiz.
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.

Girir qılığına Nazarbayevin,
Girir arxasına Rafaellinin.
Min – min sifəti var təpəgöz divin,
Haça ürəklinin, haça dillinin.
Girir arxasına Rafaellinin.

İnanma millətbaz dələduzlara,
Rütbədən rütbəyə sürünənlərə.
Çoxu qulbeçədir tox donuzlara.
Rütbədən rütbəyə sürünənlərə...

Yalnız Ulu Türkə,Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim,dönmə quzuya,
Qələbə ən böyük məramın olsun,
Yalnız öz ruhuna inamın olsun!

Əziz Rzazadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı