Modern.az

Yazıçı Camal Zeynaloğlunun sayca 11-ci kitabı nəşr olunub

Yazıçı Camal Zeynaloğlunun sayca 11-ci kitabı nəşr olunub

Təhsil

14 May 2014, 13:59



“Gecikmiş sevgi” yazıçı Camal Zeynaloğlunun sayca on birinci kitabıdır. Modern.az xəbər verir ki, kitab yazıçının yeni hekayələri və esselərindən ibarətdir. Camal Zeynaloğlu  zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, qələmə aldığı hekayə və povestlərdə haqsızlığa qarşı mübarizə, qanunun aliliyini qoruyub saxlayan, ona hörmətlə yanaşan bəzi hüquq müdafiəçilərin hələ də cəmiyyətdə var olmaları, insan ləyaqətini, şərəfini hər şeydən uca tutan qəhrəmanların mövcudluğu və onların cəmiyyətdə tör-töküntülərinə qarşı mübarizə aparması oxucularda istər-istəməz sabaha ümid və inamla baxmasına stimul verir.    

Kitabda toplanmış “Ziyarət”, “Paxıllıq”, “İftira”, “Qızıl külqabı”, “Quru çörək”, “Qonşu tikəsi”, “Nərəy dərəsində qanlı döyüş”, “Ölüm düşərgəsindən qaçış” adlı hekayələrində hər bir oxucunu düşündürən, onu narahat edən, onun psixolojisinə təsir göstərən, iç dünyasını titrədən və ibrət götürüləsi mətləblər var.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı