Milli Şura mayın 14-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində siyasi məhbuslarla bağlı forum keçirib. Modern.az Azadlıq radiosuna istinadən xəbər verir ki, forumda ictimai-siyasi xadimlər, gənclər təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti fəalları, hüquqşünaslar və hüquq müdafiəçiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, mətbuat işçiləri iştirak edib.
Forumda çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda 140-a qədər siyasi məhbus və vicdan məhbusunun yarısı narkotik ittihamı ilə tutulub. Milli Şuranın üzvü, hüquq müdafiəçisi Leyla Yunus qeyd edib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlayıb, amma ölkədə 140 siyasi məhbus var: “Onları susdurmaq, fəaliyyətlərini dayandırmaq üçün həbs ediblər”.
Modern.az