Modern.az

Deputat: “Fransa prezidentinin Azərbaycana səfəri müsbət nəticələr doğuracaq”

Deputat: “Fransa prezidentinin Azərbaycana səfəri müsbət nəticələr doğuracaq”

Təhsil

14 May 2014, 14:33


Fransa prezidentinin Azərbaycana rəsmi səfəri mətbuatda geniş işıqlandırıldı. Ollandın bu gəlişi hər iki ölkə arasında siyasi əlaqələrin daha da genişlənəcəyi ilə bağlı fikirlər yaratdı. Bəzi siyasilər və millət vəkilləri Fransa prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirdi. Fransua Ollandın Azərbayacanı tərk etməsindən iki gün keçsə də, onun səfəri hələ də müzakirə olunur.

Millət vəkili Aydın Abbasov da Modern.az-a Fransua Ollandın Azərbaycana səfərinin əhəmiyyətindən danışıb. O bildirib ki, bu görüş hər iki dövlət arasında münasibətlərin möhkəmləndirəcək.

Deputatın sözlərinə görə, iqtisadi və siyasi baxımdan Fransa prezidentinin kəlmələri bizi onu deməyə vadar edər ki, Azərbaycan bu gün Avropa məkanında və dünyada özünəməxsus düzgün iqtisadi və sosial siyasətini davam etdirir. “Əlbəttə, Fransa prezidentinin Azərbaycana səfəri Fransa və Azərbaycan şirkətləri arasındakı münasibətləri möhkəmlədəcək. Azərbaycanın Fransaya və Fransanın da Azərbaycan iqtisadiyyatına töhfələrini verəcək”.

Gültəkin ƏLƏSGƏR   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı