Türkiyə milli futbol komandasının baş məşqçisi Fatih Terim, kızı Buse Terimin toyunu təxirə salıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, F. Terim Somada kömür mədənində baş verən partlayışda həlak olanların xatirəsinə hörmət əlaməti olaraq bu addımı atıb. F. Terim 16 Maya təyin olunan toyu baş vermiş faciəli hadisə ilə bağlı təxirə saldığını açıqlayıb:
“Dəyərli dostlar:Ölkəmiz hər keçən dəqiqə ərzində əhatəsi genişlənən və acısı artan böyük bir mədən faciəsi yaşamaqdadır. Əfsuslar olsun ki, ocağa od düşüb. Bir çox ailə isə ümid və narahatlıq içində gələcək xəbərləri gözləyir. Yaşanan bu acını ürəyimizin və beynimizin hər küncündə ən dərin şəkildə hiss edir və dərdlərə şərik oluruq. Belə bir zamanda övladlarımızın toyunu etməyi özümüzə sığışdırmadığımızdan dolayı, ailə və uşaqlar bir araya gələrək nigah gününü başqa bir tarixə keçirməklə təxirə saldıq. Bu cür böyük fəaliyyətlərin yaşanmaması ən böyük diləyimizdir. Böyük faicədən itirdiyimiz canlara Allahdan rəhmət, kədərli ailələrinə səbr və mətanət arzu edirik. Ölkəmizin və millətimizin başı sağ olsun! Terim ve Bahçekapılı aileleri”.
Qeyd edək ki, partlayışda 205 nəfərin öldüyü bildirilir. Bununla bağlı Türkiyədə 3 günlük matəm élan olunub.
Gülşən Raufqızı