Modern.az

Müsavat AŞPA nümayəndələri ilə görüşdən İMTİNA etdi

Müsavat AŞPA nümayəndələri ilə görüşdən İMTİNA etdi

Təhsil

14 May 2014, 15:21


AŞPA-nın nümayəndə heyətinin ölkəmizdə növbəti səfər proqramını tərtib edən şəxslər Müsavat Partiyası və digər müxalifət partiyalarının rəhbərliyinə Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrexlə  görüş təklif ediblər. Lakin Müsavat Partiyası bu görüşdən imtina edib. Partiyasının mətbuat xidmətindən Modern.az saytına daxil olan məlumatda qeyd olunur ki, adları çəkilən həmməruzəçilər fəaliyyətdə olduqları dövrdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməməsinə, ölkədə demokratiyanın və azadlıqların boğulmasına laqeyd  yanaşdıqlarına, xüsusilə siyasi məhbuslar və seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən yanlış fikirlər səsləndirdiklərinə görə Müsavat  indiki halda həmməruzəçilərlə görüşü məqsədəuyğun hesab etmir.  

“Qeyd olunan məsələlərlə bağlı AŞPA həmməruzəçiləri Azərbaycanda real həqiqəti əks etdirən mövqe sərgilədikdən sonra Müsavat Partiyası bu qərarına yenidən baxa bilər”,-deyə məlumatda bildirilir.  

 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı