Modern.az xəbər verir ki, bu gün AMİP-in qərərgahında ALP sədri Əvəz Temirxanın sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib. Yusif Bağırzadə, Sülhəddin Əkbər, Elşad Musyev, Bəybala Əbil, Valeh Mirzəyev və Tahir Abbaslının iştirakı ilə keçən iclasda mövcud ictimai-siyasi durum, o cümlədən regionda yaranmış hərbi və geopolitik vəziyyət, Azərbaycana olan təhdidlər, Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu olub.
Quruma daxil olan partiya sədrləri DQB-nin möhkəmləndirilməsi, perspektivləri və qarşıda duran vəzifələri barədə geniş fikir mübadiləsi aparıblar. Starteji mütəfiqliyin davamlı və artan xətt üzrə inkişfı üçün səyləri daha da artırmaq qərara alınıb.
