Modern.az

Deputat partiya yaratmayacaq: “Zahid Oruc özü bir partiyadır”

Deputat partiya yaratmayacaq: “Zahid Oruc özü bir partiyadır”

Təhsil

14 May 2014, 15:53

Prezident seçkilərində Zahid Orucun Ana Vətən Partiyasından çıxması mətbuatda birmənalı qarşılanmadı. O, yeni partiya yaradacağı ilə bağlı fikir də səsləndirdi. Amma partiya yaratma təşəbbüsü gerçəkləşmədi.

Siyasi fəaliyyətindəki yeniliklər barədə Modern.az-a açıqlama verən deputat Zahid Orucun sözlərinə görə, bu məsələnin gündəmdə qalması maraqlarına qətiyyən uyğun deyil.

“Bəziləri bunun alt qatında Ezop dili ilə mesajların verildiyini düşünür. Bir Allah şahiddir ki, bu yöndə, yəni gah partiya quruculuğu, gah mərkəz yaradılması, gah da dövlət orqanlarında çalışmaq kimi informasiyaların dövriyyəyə buraxılması heç zaman mənim tərəfimdən qaynaqlanmayıb. Bu gün də bu şayiələr maraqlarıma və planlarıma zərbə vurur”.

Bundan sonra siyasi fəaliyyətini parlament üzvü kimi davam etdirəcəyini deyən Z. Oruc onu da qeyd edib ki, başqa statusda fəaliyyət göstərmək planı yoxdur. “Bu yöndə addımlarım yoxdur və olmayacaq. Çünki Zahid Oruc özü bir partiyadır”.  

Gültəkin ƏLƏSGƏR          

 

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı